AZ

Neymar "Əl-Hilal"dan bunu tələb edir

style='margin-bottom:10px;'>

"Əl-Hilal"ın futbolçusu Neymar klubu ilə müqaviləsini ləğv etmək niyyətindədir.

QOL.az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb. 32 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisindən təzminat almaq istəyir.

Neymar klubdan müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə tam maaşının - 65 milyon dolların ödənilməsini tələb edir. 

Futbolçu sözləşmə başa çatanadək - 2025-ci ilin yayınadək "Əl-Hilal"da qalsa da, onun gəliri 65 milyon dollar olacaq. Bu, oyunçunun müqavilənin sonunadək təyin edilən maaşıdır. 

Daha əvvəl Neymarın karyerasına başladığı doğma klubu "Santos"a qayıtmaq istədiyi haqda məlumat yayılmışdı.

Seçilən
24
33
teleqraf.com

10Mənbələr