AZ

Parisin Tramp qorxusu: Makron Avropanı "oyatmaq" istəyir

"Newsweek"in yaydığıməlumata görə,bunu Fransa prezidenti Emmanuel Makron Ağ Ev rəhbəri Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi fonunda hərbçilər qarşısında çıxışı zamanı deyib.

Makron nüfuzdan düşür
Siyasətçi qeyd edib ki, ABŞ liderinin dəyişməsi “Avropada strateji oyanış” və Avropa ölkələrinin ABŞ-dən asılılığının azalması üçün fürsət ola bilər.

Makron Trampın Amerika hərbi gəmilərinin Aralıq dənizindən çıxarılmasına dair sərəncam imzalayacağı və Vaşinqtonun əsas diqqətinin Sakit okeana yönələcəyi təqdirdə qitənin özünü müdafiə edə biləcəyinə şübhə edib.

Fransa lideri həmçinin Avropa ölkələrini qlobal səhnədə dəyişikliklərə hazırlaşmağa çağırıb. O vurğulayıb ki, Avropa da Rusiya ilə gələcək sülh danışıqlarında mövqeyini gücləndirmək üçün Ukraynaya aktiv hərbi və maliyyə yardımına üstünlük verməlidir.

Tramp ötən ilin noyabrın 5-də baş tutan prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədənsonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir. Siyasətçinin əsas hədəflərindən biri qanunsuz miqrasiyas ilə sərt mübarizədir. Respublikaçının Avropada sevilməməsinin əsas səbəblərindən biri onun Aİ ilə əməkdaşlıqdan aşkar şəkildə qaçmasıdır.

Tural Tağıyev
AzVision.az

Seçilən
21
50
azvision.az

10Mənbələr