AZ

ABŞ-də meşə yanğınları qəsdən törədilib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles vilayətindəki meşə yanğınları davam edir. Nəzarət altına alına bilməyən yanğın nəticəsində yüzlərlə ev kül olub, 100 mindən çox insanın bölgədən təxliyə olunması üçün iş aparılır. Hətta yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb. Bəs bu yanğınların baş verməsinə səbəb nədir?

Ekoloq Cəmşid Bəxtiyar bildirib ki, Kaliforniyada baş verən meşə yanğınlarının baş verməsi ilə bağlı hələ ki, rəsmi, ilkin səbəb yoxdur, lakin yanğının bu qədər genişlənməsinə səbəb kimi güclü küləkləri göstərirlər: “Əsl səbəblər daha dəqiq araşdırmalar tələb edir. Burda hətta qəsdən yandırılma kimi halın olduğunu deyənlər var. Bu gün yanğın söndürülən zaman su ehtiyalarının olmaması yanğının şəhərdə qarşısının daha tez alınmasını əngəlləyən bir amilə çevrilib. Bu vəziyyətin özü də kimlərinsə yanğından daha öncədən xəbərdar olması şüphəsini yaradır. Bu şübhələr onu göstərir ki, yanğın əvvəldən qəsdən törədilib. İstənilən halda bu böyük fəlakətdir”.

 Bu hadisənin hər bir halda həqiqətən baş vermə səbəbləri ciddi şəkildə araşdırılmalı və belə halların qarşısı  mümkün qədər alınmalıdır.

Leyla Səməndər

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr