AZ

Kuba XİN-nin “X” hesabı sındırıldı – nazirliyə məxsus məlumatlar silindi

Kuba Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki uzunmüddətli hesabının sındırıldığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb: “Kuba Xarici İşlər Nazirliyinin “X” hesabı sındırılıb. Bundan sonra @CubaMINREX hesabından yayılan hər hansı məlumat yalandır”, – deyə məlumatda deyilir. Kuba Xarici İşlər Nazirliyi uzun illərdir “X”-dən əsas kommunikasiya kanallarından biri kimi istifadə edir. Yanvarın 20-si axşam sosial şəbəkədə yazı yox olub və hesab bərpa edildikdən sonra bütün mesajlar silinib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr