AZ

Gözlənilməz xətt: Ukrayna belə bölünəcək

Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnik ölkəsinin ərazisinin gözlənilən bölünməsi ilə bağlı proqnoz verib.

Publika.az xəbər verir ki, politoloq bu barədə "YouTube" kanalında bildirib

“Mənim gördüyüm modellər, bu gün baş verən ideologiyalar Ukraynanın Şərqi ilə Qərbi arasında çox gözlənilməz sərhəd xətti çəkə bilər”, - Ruslan Bortnik deyib.

Bundan əlavə, politoloq Rusiya ilə Ukrayna arasında atəşkəs sazişinin bağlanması üçün üç ehtimal olunan tarixlə bağlı proqnoz verib - bunların hamısı müəyyən hadisələrə təsadüf edir.

Seçilən
10
publika.az

1Mənbələr