AZ

"Qalatasaray"dan Asensio bombası

Qış transfer çalışmalarına davam edən "Qalatasaray"da sürpriz bir həmlə də gələ bilər.

Apasport.az xəbər verir ki, klub ehtiyac olan mövqeləri gücləndirməkdən əlavə, potensial ulduz futbolçu transferi üçün də bazarın nəbzini yoxlayır.

Mövsümün əvvəlində Osimheni heyətinə qataraq dünya futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkən "cimbom" indi də PSJ forması geyinən Marko Asensionu "aslan" etmək niyyətindədir.

İnsayder Yağız Sabuncuğlunun paylaşımına görə, İstanbul təmsilçisi artıq ulduz futbolçu üçün Fransa klubuyla danışıqlara başlayıb və mümkün transfer şərtlərini soruşub.

Əgər şərtlər uyğun olsa, Asensio mövsümün qalan hissəsində sarı-qırmızılıların uğurları üçün çalışacaq.

Qeyd edək ki, Marko bu sezon PSJ formasıyla çıxdığı 15 matçda 2 qol və 4 assistlə yadda qalıb.

Özbək futbolçu Premyer Liqa tarixinə düşüb

Alonso “Real”ı çalışdıra bilər

La Liqa: “Vilyareal” 3 xalı 4 qolla qazandı

“Fənər”in maraqlandığı futbolçu Argentina klubuna keçib

Rafinyadan Yamala jest

Seçilən
0
17
apasport.az

10Mənbələr