“Təhlükəli sınaq” və “Qoblin” kimi dramları ilə pərəstişkarlarının könlünü fəth edən aktyor Kon Yu və “Günəşin nəsli” serialının ulduzu Son Hye Qyo yeni layihədə birgə çalışmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, “Sakit və Güclü” serialının çəkilişləri 2025-ci il yanvarın 12-də başlayıb. Ssenari müəllifi "Hər şey yolundadır, sevgidir" və "Bizim mavilərimiz" kimi layihələri ilə tanınan No Hi Gyeonqdur.
Dramdakı hadisələr 1960-1970-ci illərdə cərəyan edir. Film, Koreyadakı mədəni və iqtisadi yüksəliş dövrünü, eləcə də incəsənət və televiziya sahəsində baş verən dəyişiklikləri, eləcə də pərdəarxası unikal çağırışları əhatə edəcək.
Aktyor Kon Yu mühüm sosial məsələlərə həsr olunmuş televiziya proqramı yaratmaq üçün mübarizə aparan radio prodüseri rolunu oynayır.
Aktrisa Son Hye Gyo televiziya ulduzuna çevrilən, lakin şöhrət və ictimai təzyiqlə mübarizə aparan müğənnini canlandırır. Aktrisa 60-70-ci illərin qadın obrazına uyğun saçlarını qısa kəsdirib.
Dram kino və televiziya ulduzları, prodüserlər və ictimaiyyət arasında mürəkkəb münasibətləri ortaya qoyur. O, həm də insanlıq, xəyanət və özünüdərk mövzularını qaldırır.
Son Hye Gyo və No Hi Gyeonq əvvəllər bir neçə layihədə əməkdaşlıq ediblər.
Layihənin çəkilişlərinin 2025-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Serialın Netflix axın xidmətində 22 seriyalı dram formatında yayımlanması üçün danışıqlar aparılır.
Layihənin büdcəsi 700 milyard vondur (544 milyon dollar).