“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ Prezidenti Donald Trampın son addımları barədə yazıb. A. Quliyev yazır: "Trampdan şok təsirli ilk fərmanlar gəldi, Rusiyaya mesaj verildi- müharibə dayanmasa........Dünyanı nələr gözləyir?
Tramp ABŞ- ın Ümumdünya Səhiyyə təşkilatından və Paris İqlim sazişindən çıxmaq barədə fərmanları imzaladı.Bu gündən Çikaqodan qanunsuz yaşayan miqrantları çıxarmağa başlayır. Roma papası bununla bağlı narahatlığını dərhal ifadə etdi. Qərar verdi ki, ABŞ ancaq 2 gender növü tanıyır- qadınlar və kişilər, yəni homoseksuallar və transgenderlər təqib olunacaq. Buna alqış!!!!
Bunlardan əlavə, Tramp sonrakı 90 gün ərzində ABŞ- ın bütün digər dünya ölkələrinə dövlət yardımlarını dayandırdı. "İmkanlarıməzı və bu fəaliyyətlərin dövlətimizin mənafeyinə nə qədər uyğun olub- olmadığını araşdırmalıyıq" dedi.
Meksika ilə sərhəddə "Fövqəladə vəziyyət" elan edildi, narkokartellər "terrorçu təşkilatlar" hesab edildi. Meksika körfəzinin adını rəsmən "Amerika körfəzi" adlandıracağıq dedi. Rusiya Ukraynada müharibənin dayandırılması barədə saziş imzalamasa , ciddi problemlərlə üzləşəcək " dedi.
Tramp habelə Tik- tok platformasının fəaliyyətinin dayandırılması barədə qərarın icrasını 75 gün təxirə saldı. Çox cəsarətli qərar və bəyanatlardır...Dünya ən azı 90 gün şok dəyişmələrin şahidi olacaq. Sonrası " Təvəkkül Allaha"!..."
Mətləb