AZ

Alma, armud və heyva ixracında müsbət dinamika qeydə alınıb

Azərbaycanda intensiv bağların sahəsinin ildən-ilə genişlənməsi xarici bazarlara daha çox çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan verir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ötən il ölkəmizdən alma, armud və heyva ixracında həcm və dəyər olaraq artım qeydə alınıb.

2024-cü ildə xarici bazarlara 109,787.9 ton alma, armud və heyva ixrac olunub ki, bu da 2023-cü ilin göstəricisindən 5,7% çoxdur.

Fermer və sahibkarlar 2024-cü ildə alma, armud və heyva ixracatından 70,165.8 min dollar qazanc əldə ediblər ki, bu da bir il əvvəlki göstəricidən 5,8% çoxdur.

Seçilən
34
vergiler.az

1Mənbələr