AZ

Dünya milyarderlərinin sərvəti 2 trilyon dollar artıb

Yazını böyüt
Yazını kiçilt

“Oxfam” inkişaf xeyriyyə təşkilatının dərc etdiyi araşdırma göstərir ki, dünyanın ən zəngin insanlarının sərvəti Davosda keçirilən Dünya İqtisadi Forumundan əvvəl həmişəkindən daha sürətlə artır.

Hafta.az-ın yazdığına görə, 2024-cü ildə dünyada milyarderlərin sayı əvvəlki illə müqayisədə 204 nəfər artaraq 2769 nəfərə çatıb.

DPA-nın məlumatına görə, eyni zamanda, Dünya Bankının müəyyən etdiyi yoxsulluq həddindən aşağı yaşayanların sayı sabit qalarkən, aclıqdan əziyyət çəkənlərin sayı artıb.

“Oxfam” proqnozlaşdırıb ki, on il ərzində dünyada sərvəti trilyon dollara çatacaq ən azı 5 nəfər olacaq. Məlumatlar eyni zamanda, “Forbes” jurnalının milyarderlərin sərvətinə dair təxminlərinə və Dünya Bankının məlumatlarına əsaslanır.

Hesabata görə, milyarderlərin ümumi sərvəti təkcə 2024-cü ildə 13 trilyon dollardan 15 trilyon dollara yüksəlib. Bu, əvvəlki illə müqayisədə üç dəfə sürətli artımdır.

Orta hesabla milyarderin sərvəti gündə 2 milyon dollar artıb. Ən zəngin 10 milyarder gündə əlavə 100 milyon dollar qazanıb.

Hesabata görə, milyarderlərin pullarının 60 faizi “miras, inhisarçılıq və ya himayəçilik münasibətləri”ndən gəlir. “Oxfam”ın məlumatına görə, dünya milyarderlərinin sərvətinin 36 faizi mirasdan gəlir. Bu, sərvətin 75 faizinin qazanılmamış mənbələrdən, 69 faizinin isə təkcə mirasdan qaynaqlandığı Avropa İttifaqında daha aydın görünür.

Seçilən
8
hafta.az

1Mənbələr