AZ

Yüksək hərarət zamanı bəzi yanlış davranışlar uşağın vəziyyətini ağırlaşdıra bilər -Pediatr

Bakı. Trend:

Valideynlər yüksək hərarət zamanı bəzi yanlış davranışlarlauşağın vəziyyətini ağırlaşdıra bilərlər.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”dapediatr Regina Nemətova bildirib.

Onun sözlərinə görə, uşağın olduğu otaqda düzgün mikroiqlimintəmin edilməli, havanın temperaturu 20-21 dərəcədən yüksəkolmamalı, rütubət isə 55-65% arasında olmalıdır:

“Pediatr həkimin təyinatı olmadan antibiotiklərin istifadəsiyanlış addımdır. Antibiotiklər üçün yalnız həkim tərəfindən təyinedilə bilən dəqiq göstərişlər mövcud olmalıdır. Virus infeksiyalarıantibiotiklərlə müalicə olunmur, buna görə də onların istifadəsieffektiv nəticə verməyəcək”.

R.Nemətova qeyd edib ki, yüksək hərarət zamanı valideynlərinyanlış etdikləri davranışlardan biri də uşağı ağır və yüksəkkalorili yeməkləri məcbur yedirtməkdir:

“Kəskin respirator infeksiyalar zamanı orqanizm həzm şirələrininifrazını avtomatik olaraq azaldır ki, enerjini qida həzminə deyil,virusla mübarizəyə sərf etsin. Yüksək hərarət zamanı orqanizm mayeitirir və bu itkiləri daim bərpa etmək üçün uşağa tez-tez suverməyi tövsiyə edirik”.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr