AZ

Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır

Moskva, 21 yanvar, AZƏRTAC

Bir fransız jurnalistin Qarabağ müharibəsi ilə bağlı xatirələri məni çox sarsıtdı. O, erməni yaraqlısının azərbaycanlının evinə soxularaq anasının qucağından körpəni qoparıb yarıya bölməsi və ananın başını qamçılaması faktını xatırlayır. Qadın dəli oldu və gülməyə başladı. Bu hadisə mənim gələcək həyatımı kökündən dəyişdi. Həmin vaxtdan bəri mən öz adi Moskva həyatımı belə əvvəlki kimi qəbul edə bilmirdim. Qərara gəldim ki, bu barədə danışmaq lazımdır.

Bu barədə AZƏRTAC-a rusiyalı rejissor və ssenarist Liliya Borovskaya danışıb.

Rejissor Azərbaycana həsr olunmuş iki filmin müəllifidir. İlk filmi “Azərbaycanlı olmaq” adlanır. Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin dəstəyi ilə “Mən nə qədər uçacağam?” adlı ikinci ekran əsəri ərsəyə gəlib.

“Bakıda çəkiliş apararkən Azərbaycanı və azərbaycanlıları tamamilə yeni məzmunda tanıdıq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanı daha yaxından tanımaq üçün bizə sadə insanlarla görüşməyi məsləhət gördü. Çoxlu azərbaycanlı ailədə olduq və hər yerdə istər-istəməz Qarabağ məsələsi ortaya çıxdı. Bundan əvvəl bölgədə baş verənlər haqqında çox az təsəvvürümüz var idi. Görünürdü ki, Qafqazda, haradasa uzaqlarda hərbi əməliyyatlar gedir və azərbaycanlılarla ermənilər sadəcə olaraq döyüşürlər. Amma münaqişənin tarixini öyrənərək özüm üçün çox şey kəşf etdim”, - deyə L.Borovskaya bildirib.

Rejissor qeyd edib ki, bu yaxınlarda Azərbaycan televiziyasında 44 günlük müharibədə Qələbədən sonra keçirilən çörək bayramı ilə bağlı reportaja baxıb. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən işğaldan azad edilmiş ərazilərdən insanlar bişirdikləri çörəkləri gətirirdilər. Bu hadisə ilk baxışda adi olan Azərbaycanın dinc yaşama, torpaqların dirçəldilməsi, bütün qonşuları ilə birgə yaşamaq istəyini əyani şəkildə nümayiş etdirdi.

“Bu fəlsəfə azərbaycanlılara xas olan hakimiyyətin özünə hörmət etməsi və milli ləyaqət hissinə əsaslanır. Qonşulardan biri meşə yanğını törədib unitazla qaçırsa, o birisi isə çörək bişirmək üçün buğda əkirsə, burada artıq deməyə söz qalmır”, -deyə rusiyalı kinorejissor vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
8
azertag.az

1Mənbələr