Rusiya Maliyyə Nazirliyinin verdiyi yazılı açıqlamada büdcə gəlirlərinin keçən il 2023-cü ilə nisbətən 26% artaraq 36,7 trilyon rubla çatdığı bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada sözügedən dövrdə büdcə xərclərinin 24,2% artaraq 40,19 trilyon rubla çatdığı, büdcənin ili 3,49 trilyon rubl kəsirlə tamamladığı qeyd edilib.

Bu il Rusiya hökumətinin büdcə xərclərinin 41 trilyon rublu ötəcəyi gözlənilir.

Rusiya büdcəsində 2023-cü ildə 3,24 trilyon rubl kəsir yaranıb.

Dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiyanın büdcə kəsirinin əsas səbəbi kimi ekspertlər Ukrayna müharibəsi ilə bağlı hərbi xərclərin artmasını göstərirlər.