AZ

Bizim ediləcək çox işimiz var - ABŞ-ın keçmiş prezidenti Bayden

Bakı, TurkicWorld

ABŞ-ın keçmiş prezidenti Co Bayden Vaşinqtonu tərk edərkən, son çıxışında ölkənin qarşısında hələ də çox vəzifə işlərin olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Kaliforniyaya tətilə yola düşməzdən əvvəl jurnalistlərlə danışan Bayden, Donald Trampın prezidentlik andiçmə mərasimindəki çıxışına istinad edərək, "Biz bugün vəzifədən gedirik, amma mübarizəmiz isə hələ bitməyib. İləridə görəcəyimiz çox iş var," -deyə vurğulayıb.

Bayden öz keçmiş prezidentlik dövrünü şərəflə xatırladığını bildirib və komandasını yüksək dərəcədə qiymətləndirərək, arzuladığı komanda olduğunu ifadə edib.

Seçilən
27
turkic.world

1Mənbələr