Panama prezidenti Xose Raul Mulino sosial media hesabından verdiyi açıqlamada Trampın açılış mərasimi zamanı Panama kanalı ilə bağlı açıqlamalarına reaksiya verib.
“İki sahil” xəbər verir ki, Mulino yazıb: “Mən prezident Donald Trampın dediyi sözləri hərtərəfli rədd etməliyəm. Panama kanalı Panamanındır və belə qalacaq".
Mulino Trampın Panama kanalının Çin tərəfindən idarə olunduğu iddiasına, “Dünyada heç bir xalqın bizim idarəmizə müdaxilə etməsindən söhbət gedə bilməz”, - deyə cavab verib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”