Primoryedə Yeni il öncəsi küknar ağaclarını qanunsuz kəsərək təbiətə 7,6 milyon rubl dəyərində ziyan vuran Azərbaycan vətəndaşı mühakimə olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya mediası mediası məlumat yayıb.
Əlavə pul qazanmaq üçün vaxtaşırı Primoryeyə gələn Azərbaycan vətəndaşı bu dəfə pul qazanmağın şübhəli yolunu seçib. Onun qohumlarından bəziləri rayonda yaşayıb meyvə ticarəti ilə məşğul olsalar da, tərəvəz köşklərində işləmək onu cəlb etməyib.
Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb. Bu maddə xüsusilə böyük miqyasda ağacların qanunsuz kəsilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə həmin şəxsə 3 il sınaq müddəti təyin edib və ona Primorsk diyarının büdcəsinə dəymiş bütün zərəri ödəməyi tapşırıb.
Xəbər 135 dəfə oxunub.