Son zamanlar qonşu Qazaxıstanda milli valyuta olan təngənin tez-tez ABŞ dolları qarşısında dəyər itirməsi və ümumilikdə ölkənin maliyyə stabilliyi sahəsindəki problemlər yerli ekspertlər tərəfindən ciddi tənqid olunur. Qazaxıstanlı ekspertlər bu zaman tez-tez Azərbaycanı nümunə göstərirlər. Çünki bir çox göstəricilərinə, iqtisadiyyatının strukturuna, neft-qaz ölkəsi olmasına görə Azərbaycanla Qazaxıstanın xeyli bənzərlikləri var.
Müqayisə zamanı isə qeyd olunur ki, Azərbaycanda manatın məzənnəsindən tutmuş maliyyə stabilliyini təmin edən digər göstəricilərə, ümumilikdə büdcənin idarə olunmasına qədər vəziyyət Qazaxıstandakından müsbət mənada xeyli fərqlənir. Yəni, Azərbaycanın əldə etdiyi maliyyə sabitliyini təxminən eyni imkanlara, hətta daha artığına malik olan Qazaxıstan əldə edə bilmir. Bu zaman ekspertlər əsas səbəbi ölkənin maliyyə sektorunun effektiv idarəçiliyində, aparıcı kadrların işində görürlər və qeyd edirlər ki, Azərbaycanda bu, daha yaxşı alınır...