Ermənistandan mədənlərin tullantı sularının Araz çayına axıdılması davam edir və bu, bölgənin ekologiyası və kənd təsərrüfatı üçün böyük həcmdə mənfi nəticələrə səbəb olub.
İranlı mütəxəssislərin araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatlarının və kənd təsərrüfatı torpaqlarının çirklənməsinə səbəb ola bilər.
Ölkə ekoloqların xəbərdarlıqlarına və Araz çayı sahil zolağının sakinlərinin etirazlarına baxmayaraq, fars-molla rəsmilərinin indiyədək buna etiraz etməmələri təəccüblü qarşılanmır.
***
İki gün bundan əvvəl ölkə prezidenti Məsud Pezeşkian çıxışında ekoloji problemləri qabartmışdı.
M.Pezeşkian “Təmiz Hava Günü” konfransında ekoloji problemlərin, xüsusilə də havanın çirklənməsinin həllini hökumətin əsas və mühüm prioritetlərindən biri adlandımışdı: “Əgər ekoloji problemi həll edə bilməsək, heç kim yaşaya bilməyəcək”.
“Təsdiq olunmuş qanunları həyata keçirmək üçün lazımi resurslarımız olmalıdır və baxmayaraq ki, bu gün müxtəlif sahələrdə olan ehtiyaclarla mövcud resurslar arasında böyük uçurum var, biz bunu idarə etməliyik”, - deyə, Pezeşkian qeyd etmişdi.