AZ

Öz antirekordunu təkrarladı

“Barselona” öz antirekordunu təkrarlayıb.

İspaniya klubu La Liqanın 20-ci turunda “Xetafe” ilə heç-heçə (1:1) oynayıb. Kataloniyalılar ölkə çempionatında ardıcıl 9-cu oyunda qapısından top buraxmaqla antirekordunu təkrarlayıblar. “Barselona” belə seriya ilə ilk dəfə 2018-ci ildə Ernesto Valverdenin başçılığı altında yadda qalmışdı.

Yeri gəlmişkən, “Barselona” hazırda La Liqada 20 oyuna 39 xalla 3-cü yeri tutur.

Seçilən
19
football-plus.az

1Mənbələr