AZ

ABŞ ordusu gəmiləri “Patriot” zenit raketi ilə silahlandırmaq ideyası üzərində işləyir

ABŞ Hərbi Dəniz Qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-3 MSE zenit-raket komplekslərinin “Arleigh Burke” sinifli esmineslərin silahlanmasına inteqrasiyası proqramını həyata keçirməyə davam edir.

Herbiand.az xəbər verir ki, Lockheed Martin nümayəndələri bu barədə Virciniya ştatının Kristal-Siti şəhərində Dəniz Qüvvələri Assosiasiyasının 37-ci Milli Simpoziumunda bildiriblər.

Lockheed Martin şirkətinin strategiya və dəniz sistemləri üzrə vitse-prezidenti Tom Kuk deyib ki, mövcud raketlər yaxşı raketlərdir: “Lakin PAC-3 daha qabaqcıl təhlükələrin öhdəsindən gəlməkdə daha yaxşıdır. İstehsal gücümüz hər il 550 PAC-3 MSE raketi istehsal etməyə imkan verir və bunu 650 ədədə çatdırmaq imkanı da var”.

PAC-3 MSE raketi həm hündürlükdə, həm də məsafədə təkmilləşdirilmiş performans təmin edən iki impulslu bərk raket mühərriki ilə təchiz edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
3
herbiand.az

10Mənbələr