AZ

Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırdı

ABŞ-nin yeni Prezidenti Donald Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırıb.   Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Onlar BRİKS ölkəsidir, İspaniyadır. BRIKS ölkəsinin nə olduğunu bilirsinizmi? - o, Ağ Evin Oval kabinetində jurnalistlərə sual verib. Telekanal xatırladıb ki, abreviaturadakı S hərfi 2010-cu ildə beynəlxalq assosiasiyaya qoşulan Cənubi Afrikaya aiddir.

Ağ Ev rəhbəri əlavə edib ki, BRİKS-i ABŞ üçün təhlükə hesab etmir. Eyni zamanda o, hələ də birlik ölkələrinə qarşı 100% rüsum tətbiq etmək niyyətində olduğunu bildirib.

Seçilən
18
manset.az

1Mənbələr