AZ

ABŞ-ın xarici dövlətlərə yardımları dayandırılır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp xarici dövlətlərə yardımın 90 günlük müddət ərzində dayandırılması barədə fərman imzalayıb. Bu barədə Ağ Evin saytında məlumat verilib.

Qarşıdakı 90 gün ərzində həmin yardımların qiymətləndiriləcəyi bildirilir.

Sənəddə qeyd edilir ki, ABŞ-ın xarici yardım sahəsində bürokratiya hökm sürür və hazırkı siyasət "Amerika maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir".

Sənəddə deyilib: "Bu yardımlar bütün dünyada sülhün pozulmasına, xarici dövlətlərin daxillərində və bir-biri ilə hormonik və sabit münasibətlərinin inkişafına zidd olan ideyalara xidmət edir".

Hürr Tərcüman

 

Seçilən
33
31
hurriyyet.az

10Mənbələr