AZ

Gəncədə it dişləyən kişinin son durumu AÇIQLANDI

Gəncədə it dişləməsi ilə bağlı yeni detallar məlum olub.

TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 21.01.2025-ci il tarixində saat 11:00 radələrində 1947-ci il təvəllüdlü (kişi cinsli) şəxs it dişləmə diaqnozu səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Zəruri tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır".

***

11:56

Gəncədə yaşlı kişi sahibsiz itlərin hücümuna məruz qalıb.

Modern.az-ın məlumatına görə, şəhər sakini 1947-ci il təvəllüdlü Z.Abbasov şəhər ərazisində olan zaman sahibsiz itlər hücum edib. Yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
3
modern.az

4Mənbələr