AZ

Slovakiya parlamenti Fitso hökumətinə etimadsızlıq məsələsinə baxacaq

Slovakiya parlamentinin yanvarın 21-nə planlaşdırılan iclası Robert Fitso hökumətinə etimadsızlıq səsverməsi məsələsinə həsr olunacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Slovakiyanın TA3 telekanalı məlumat yayıb.

Səsvermədən uğurla keçmək üçün 76 səs toplamaq lazımdır. Hökumət hazırda bu rəqəmə çatmayıb və bəzi koalisiya üzvləri səsvermədə iştirakdan imtina edə bilər.

Müxalifətdən olan deputatlar Slovakiyanı Avropa İttifaqından uzaqlaşdıran və avropalı tərəfdaşlardan təcrid olunmasına töhfə verən baş nazirin xarici siyasətindən narazılıqlarını bildirirlər.

Bundan əlavə, Fitso dəfələrlə Ukraynaya hərbi yardımın əleyhinə çıxış edib və bu ölkənin NATO-ya inteqrasiyasını dəstəkləmir.

Seçilən
9
ikisahil.az

1Mənbələr