Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Bu dəfə demarkasiya adı altında sərhədin Kirants-Voskepar hissəsindən əraziləri təhvil verməyə hazırlaşırlar.
Herbiand.az bildirir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Kirantsdan olan Andranik Nazaryan bizə bildirib ki, söhbət son dərəcə mühüm strateji əhəmiyyətə malik “Voskepar üçbucağı” adlanan ərazidən gedir. Əgər o, Azərbaycana verilərsə, bir sıra ərazilər, o cümlədən qaz kəməri və yol düşmənin nəzarətinə keçəcək. Ötən il “Vətən üçün Tavuş” hərəkatında son dərəcə fəallıq göstərən yerli sakinlər hələ də əzmkardırlar. Onlar sakut oturmaq fikrində deyillər, küçələrə çıxıb mübarizə aparmağı planlaşdırırlar. Lakin bizə məlumat verildiyi kimi, rəhbərlik problemi var. İnsanlar nəyin bahasına olursa-olsun öz torpaqlarını qorumaq istəyirlər, lakin hesab edirlər ki, dövlətin repressiv maşını qarşısında təkbaşına acizdirlər. Onlara güclü, ağıllı və dönməz lider lazımdır”, - nəşr qeyd edib.
Bəxtiyar CƏFƏRLİ