AZ

Ötən il 72 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb olunub

Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb edilib.

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 72 327 qadın məşğulluq tədbirlərinə cəlb edilib.

Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib.

Bildirilib ki, ötən il 55 054 qadın müvafiq işlə təmin olunub. 9911 qadın peşə hazırlığı kurslarına, daha 7372 qadın isə özünüməşğulluq proqramına cəlb olunub.

Seçilən
20
operativmedia.az

1Mənbələr