AZ

Türkiyədə hoteldə baş verən yanğında ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - AÇIQLAMA

Bakı. Trend:

Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” dağ-xizəkkurortundakı hoteldə baş verən yanğın nəticəsində ölən vəyaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığıaraşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadə deyib.

"Yanğında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır",- o bildirib.

Xatırladaq ki, “Kartalkaya” dağ-xizək kurortunda yerləşənhoteldə güclü yanğın baş verib.

Yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəlibinanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbərolunub.

Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfəryaralanıb.

Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlumolmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədənbaşladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Məqalədə:
Seçilən
3
6
az.trend.az

1Mənbələr