Gəncə, 21 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Yeniyetmə və gənc qızlardan ibarət voleybol üzrə Azərbaycan millilərinin baş məşqçisi Şahin Çatma "Gəncə" Voleybol Akademiyasının idmançıları ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ş.Çatma yeniyetmə voleybolçulara məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıb.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, klubun prezidenti Elvar Osmanov, eləcə də Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov da iştirak ediblər.
Görüşdə "Gəncə" VK-nin Azərbaycan Voleybol Federasiyasının "Volleyball Kids" layihəsinə verdiyi davamlı dəstək xüsusi vurğulanıb.
Türkiyəli mütəxəssis yeniyetmə voleybolçuların məşqini izləyib və sonda xatirə şəkli çəkdirilib.