AZ

Xose Raul Mulino Panama kanalını ABŞ-a verməyəcək

Panama prezidenti Xose Raul Mulino Panama kanalının ölkənin nəzarətində qalacağını bildirib.

Onun bəyanatı ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi zamanı kanala “nəzarəti geri almaq” zərurəti ilə bağlı açıqlamalarından sonra verilib. “Panama Respublikası və onun xalqı adından Prezident Donald Trampın Panama və onun Kanalı ilə bağlı inauqurasiya nitqində səsləndirdiyi bəyanatları qətiyyətlə rədd etməliyəm.

Kanal Panamanın bir hissəsi olub və olaraq qalır, onun idarəçiliyi daimi neytrallığına ciddi riayət etməklə Panamanın nəzarətində qalacaq”, – Xose Raul Mulino X sosial şəbəkəsində yazıb. O vurğulayıb ki, dünyada elə bir ölkə yoxdur ki, Panama hakimiyyətinin fəaliyyətinə müdaxilə etsin. Onun sözlərinə görə, dialoq üçün həmişə yer var, lakin Panama kanalının suverenliyi və mülkiyyəti Panamada qalır.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
50
editor.az

10Mənbələr