2024-cü ildə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 349,3 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hazır metal məmulatlarının istehsalı sahəsində 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1 faiz artım müşahidə edilib.
Hesabat dövründə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1 faiz, armatur istehsalı 28,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 20,4 faiz artıb.