Bakı. Trend:
“Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, verginəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasınıngenişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlaranəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi iləbağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX)Trend-ə verilənməlumata görə, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərinfaktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyəgötürdüyü obyektlərin vergi orqanında uçota alınması təminedildikdən sonra mümkün olacaq.
Qeyd olunub ki, bu öhdəliyin təmin edilməsi bazarmülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir: "Bununla yanaşı,bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçünistifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergiorqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergiödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsinəzərdə tutulur.
Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarlarınmülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş,fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergiödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergiorqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib.Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kəndtəsərrüfatı kooperativi bazarlarına aid deyil".
"Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi iləbağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər Qanun qəbuledildikdən 9 ay sonra qüvvəyə minəcək. Bundan başqa, bazarlarınmülkiyyətçiləri tərəfindən növbəti 6 ay ərzində vergi orqanındauçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyəgötürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.
Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısınınalınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinəödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə dəistehlakçı hüquqlarının təmin olunmasına öz töhfəsini verəcək. Beləki, dəyişikliklər nəticəsində bazarlarda uçotsuz fəaliyyət göstərənşəxslərin qarşısının alınması mümkün olacaq. Bu, öz növbəsində,icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxaracaq, bazarmülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsindəmaraqlı olacaq və şəffaflaşma prosesinə təkan veriləcək", - deyəməlumatda qeyd olunub.