AZ

Nigeriyada "Lassa qızdırması" yayılır - Bir həftə ərzində 10 nəfər ölüb

Heyvandan insana keçən və sürətlə yayılmağa davam edən \"Lassa qızdırması\" Nigeriyada tüğyan edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son bir həftədə ölkədə 54 nəfərin sözügedən virusa yoluxduğu, epidemiya səbəbindən 10 nəfərin öldüyü açıqlanıb.

Ötən il ölkə daxilində 190 nəfərin ölümünə səbəb olan epidemiyada hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edildiyini bildirib.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən \"Lassa qızdırması\" ilk dəfə Nigeriyada 1969-cu ildə aşkarlanıb.
 
Qeyd edək ki, xəstəlik siçan nəcisi ilə təmasda olan insandan insana keçə bilir və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Rəsmilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.
 
Mikayıl
Seçilən
24
50
azxeber.com

10Mənbələr