Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bugünkü brifinq zamanı yanvarın 21-də Moskvaya səfər edən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə rusiyalı həmkarı Sergey Lavrovun görüşü zamanı ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransanın sədrlik etdikləri danışıqlar formatı) buraxılmasını müzakirə edə biləcəklərini söyləyib.
Simonyan jurnalistin müvafiq sualının cavabında deyib: "Hazırda müzakirələr aparılır. Bu gün xarici işlər nazirləri Rusiyada görüşəcəklərlər. Bizim müzakirə etməyəcəyimiz məsələ olmayacaq. Minsk qrupunun həmsədrlərindən biri də Rusiyadır, bunu unutmayın".
Hürr Tərcüman