AZ

Əcdadlarımız ətyeyən olmayıb

Qədim insanların əsas qida mənbəyi bitki mənşəli məhsullar olub.

Yenisabah.az xəbər verir ki, "Science" jurnalında dərc olunan araşdırmaya görə, "Australopithecus africanus" növünə aid primatlar əsasən bitki mənşəli qidalarla qidalanıblar. Bu nəticə 3,5 milyon illik fosilləşmiş diş nümunələrinin kimyəvi analizinə əsaslanır.

Alimlər müəyyən ediblər ki, bu növün rasionu müxtəlif olsa da, ət qidalarının payı çox az olub. Bununla yanaşı, onların termit kimi azot nisbəti aşağı olan qidalarla da qidalanması ehtimal olunur ki, bu da tam bitki mənşəli qidalanmanı istisna edir.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr