AZ

ÖZƏL: AZAL Ermənistana pul ödəməyə hazırlaşır-SƏBƏB BƏLLİDİ

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Hava Yolları QSC  Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəməyə hazırlaşır.

 

Vətəninfo.az AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL  Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə 2024-cü ilin noyabr-dekabr ayları üçün 56664 manat, təqribən  32 min avro ödəyəcəyi deyilir.

Məlumatda  bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün  EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2024-ci ilin noyabr-dekabr ayları üçün 32 min avro ödəyəcək.

Qeyd edək ki, AZAL-ın  bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.

 

Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.

 

Vətəninfo.az

Seçilən
14
1
veteninfo.az

2Mənbələr