AZ

Ukrayna ordusunun baş psixiatrı həbs edildi – FOTO

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrını həbs edib.

“AzPolitika” xəbər verir ki, rəsmi açıqlamada onun adı çəkilmir. Ukrayna mediası isə söhbətin Oleq Druzdan getdiyini yazır.

Məlumatda deyilir ki, baş psixiatra qarşı Ukrayna Müdafiə naziri və Silahlı Qüvvələrin Baş Komandanının dəstəyi ilə istintaq həyata keçirilib və məlum olub ki, Druz müharibə başlayandan bəri 1 miyon dollara yaxın vəsait əldə edib. Bu məbləğin əsasən orduya çağırılan şəxslərə saxta xəstəlik arayışı verilməsindən yığıldığı qeyd edilir.

Seçilən
18
azpolitika.info

1Mənbələr