İran və Azərbaycan arasında ticarətin həcmi 2023-cü ildə təxminən 480 milyon dollar idi və 2024-cü ildə 20% artaraq 580 milyon dollara çatıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfe bildirib.
O, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında nəzərdənkeçirilən məsələləri sadalayıb: Astara sərhəd körpüsünün açılışı və istismara verilməsi, Ağbənd körpüsünün tikintisi, Araz nəqliyyat dəhlizi.
Əmin Tərfe energetika sahələrində əməkdaşlığın ümumi sahələrini də qeyd edib: "Bugünkü görüşdə ümumi razılığa nail olmaq məqsədi ilə elektrik enerjisi, neft-qaz və bank məsələləri üzrə müxtəlif mövzular müzakirə edilib".
Rəsminin sözlərinə görə, Astara-Astara dəmir yolu xəttinin tamamlanması üçün İran və Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsi zəruridir.
Telegram kanalımız