Bakı, 21 yanvar, AZƏRTAC
İndoneziyada Mərkəzi Yava adasının Pekalonqan şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 10 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə agentliyin nümayəndəsi Əbdül Muxari məlumat verib.
Torpaq sürüşməsinə səbəb kimi bazar ertəsindən bəri yağan güclü yağışlar göstərilib. Hazırda itkin düşmüş üç nəfərin axtarışları davam edir. Təbii fəlakət nəticəsində evlərə, yollara, iki körpüyə ziyan dəyib.
Təbii fəlakətlər üzrə agentlik yağıntıların yaxın bir neçə gün davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.