AZ

Ermənistan sərhədi bunkerlərlə DOLDURUR: “Müharibəyə hazırlıq…”

“Ermənistanın bu tip hazırlığını müharibəyə hazırlıq kimi də qiymətləndirmək olar”.

Bu sözləri Yenicag.az-a Ermənistanın yeni hərbi hissələr yaratması və şərti sərhəddə mühəndis istehkam işləri görməsini şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, Ermənistanın hərbi gücünü artırması gələcək təxribatlardan xəbər verir:

“Ermənistan əvvəl Naxçıvan istiqamətində mühəndis istehkam işləri görməyə başladı. Ermənistanın müdafiə naziri Paşinyanla toplantıda bildirdi ki, iki xüsusi təyinatlı hərbi hissə yaradıblar. Bundan əlavə, rayon müdafiə qoşunları yaradıblar. Son vaxtlar Ermənistanda silahlanma çox güclü gedir. Həmçinin Ermənistan müdafiə büdcəsini iki dəfə artırıb. Bu da Ermənistan kimi ölkə üçün çox böyük məbləğdir. Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq, Naxçıvana hərəkət olacaq”.

“Ermənistan tərəfi dərinləşdirilmiş mühəndis istehkam işləri aparır, dərinləşdirilmiş sığınacaqlar yaradır. Ermənistanın mühəndis istehkamçıları peşəkar iş görürlər. Bu, ondan xəbər verir ki, Ermənistan ola bilər təxribat törətsin. Bundan əlavə, Prezident İlham Əliyevin çıxışından təşvişə düşüb müdafiəsini gücləndirmək istəyirlər. Oxşar bunkerləri, mühəndis işlərini Qarabağ ərazisində görmüşdük. Ancaq o bunkerlər necə yarılıb keçdi hər kəs gördü. Güman edirəm ki, Ermənistan təşviş içindədir. Ermənistanın bu tip hazırlığını müharibəyə hazırlıq kimi də qiymətləndirmək olar”.

Səxavət Məmməd

Seçilən
4
yenicag.az

1Mənbələr