"Ümid edirik ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının müddəti uzadılacaq".
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamanetinin sədri Alen Simonyan deyib.
Qeyd edək ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddəti fevral ayında başa çatacaq.
Xatırladaq ki, erməni mətbuatı bir müddət əvvəl müşühidə missiyasının müddətinin iki il daha uzadılacağı barədə məlumat yayıb.
Daşqın HəsənovMissiya.Az