"Yaxın günlərdə dörd qadın İsrail əsgəri ilə ömürlük həbsə məhkum edilmiş 200 fələstinlinin mübadiuləsi həyata keçiriləcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-a bağlı Məhbus Məlumat Mərkəzi yazılı açıqlama yayıb.
Bildirilib ki, İsraillə əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsi yanvarın 25-i başlayacaq: "Artıq siyahı bəlli olub. Dəyişdiriləcək israilli məhbusların adları qarşı tərəfə verilib. Təl-Əviv də bizə fələstinli məhbusların siyahısını təqdim edəcək. 26 yanvarda isə mübadilənin baş tutacağını gözləyirik".
Tahir Şəlvəli
MİA.AZ