AZ

Ötən il Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin 98,8 faizi açılıb

Bakı. Trend:

2024-cü ildə Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınancinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olancinayətlərin 100 faizi açılıb.

Trend xəbərverir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev 2024-cü ildəgörülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsrolunan geniş kollegiya iclası zamanı deyib.

O bildirib ki, hesabat dövründə qeydə alınan cinayətlər əvvəlkiillə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faizazalıb.

Eyni zamanda, 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınanözünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvət almavə rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınmacinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyunqaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yeriniözbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşmacinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükətörədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz,maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri vəqurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarınıpozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

10Mənbələr