İllərdir Egeydəki adaları qeyri-qanuni şəkildə silahlandıran, Türkiyəni sözdə təhlükə olaraq görən Yunanıstan indi də uzaq mənzilli raketlər üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, 2037-ci il hədəfini "lazım gəldikdə hücuma hazır olmaq" olaraq təyin edən Yunanıstan donanması gəmilərdə uzaqmənzilli raket sistemləri yerləşdirməyi planlaşdırır.
Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, böyük döyüş gəmilərinə 1000-1400 kilometrə qədər mənzilli raket sistemlərinin, xüsusilə Fransadan sifariş edilən 3 ədəd “Belharra” tipli freqat və önümüzdəki dövrdə alınması gözlənilən 2-4 ədəd yeni sualtı qayıqların quraşdırılması planlaşdırılır.
Məqaləsdə bildirilir ki, Türkiyənin "Mavi Vətən" doktrinası hansısa qarşıdurma halında Egey dənizinin qərbindəki yunan qüvvələrini sıxışdırmağı hədəfləyir. Buna qarşı alına biləcək tədbir təkcə əməliyyat sahəsini genişləndirmək deyil. Türkiyə Antalya və ya Hatay körfəzləri kimi nöqtələri də qorumaq məcburiyyətində qalacaq.
“Ta Nea” qəzeti də bu yaxınlarda İsraildən sifariş edilən 32 kilometr mənzilli “Spike Nlos” və 300 kilometr mənzilli “Puls” raket sistemlərinin əksəriyyətinin Egey adalarında yerləşdiriləcəyini yazıb.