"Azərbaycan və Gürcüstan Cənubi Qafqazda dayanıqlı sabitliyinin, inkişafın, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya qovşaqlarının şaxələndirilməsinin əsas təşəbbüskarları və qarantı olmaqla, regionun çoxtərəfli əməkdaşlıq formatının yaradıcılarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Hər iki ölkənin qurduğu möhkəm əməkdaşlıq və rifah arxitekturası ümumilikdə, bölgənin və ətraf coğrafiyalarda faydalı siyasi-iqtisadi münasibətlərin keyfiyyətinə, işbirliyinin ruhuna və yeni əməkdaşlıq proqramlarının ərsəyə gəlməsində əhəmiyyətli rol oynamaqdadır. Azərbaycan sarsılmaz iradəsi və dönməz qətiyyəti sayəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi trans-kontinental enerji layihələrinin, Şərq-Qərb nəqliyyat koridorunun ən axıcı və rentabelli həlqələrindən biri olan Bakı-Tbilsi-Qars nəqliyyat şəbəkəsinin işə düşməsi regionun və qitələrin enerji təhlükəsizliyini, kommunikativ bağlantısını təmin edib, böyük bir əməkdaşlıq zənciri qurub. Eləcə də, Azərbaycanın əsasını qoyduğu və hazırda həyata keçirdiyi digər qlobal layihələr Gürcüstanı ölkəmizlə və dünya ilə sıx bağlayır. Bunun nəticəsidir ki, Gürcüstanın iqtisadi dövriyyəsi dayanmadan artır, 2024-cü ildə qarşılıqlı dövriyyə bir milyard ABŞ dollarını ötüb ki, onun mütləq əksəriyyəti Azərbaycanın ixracıdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31