AZ

Enerji keçidi proqramı enerji təhlükəsizliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir - Fatih Birol

Bakı. Trend:

Enerji keçidi proqramı enerji təhlükəsizliyi iləəlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.

Trend xəbərverir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçıdirektoru Fatih Birol Davosda keçirilən Dünya İqtisadi Forumuçərçivəsində baş tutmuş "Enerji və materialların geoiqtisadiyyatı"panel müzakirələrində çıxışı zamanı bildirib.

“Bu gün çoxlu qeyri-müəyyənliklər mövcuddur, ancaq biz özümüzüvə öz perspektivlərimizi itirməməliyik, onları nəzərdənkeçirməliyik. Bir neçə vacib aydın məqamı qeyd etmək istəyirəm. İlknövbədə enerji təhlükəsizliyi gəlir. Enerji təhlükəsizliyininmüasir çağırışları neft və qaza aiddir, gələcək çağırışlar isə sondərəcə vacib olan minerallara, tədarük zəncirlərinə və digəraspektlərə aiddir. Bu daimi problemdir və bizimla qalacaq”, - Birolbildirib.

O vurğulayıb ki, iqlim dəyişiklikləri realdır və onlar artıq başverməkdədir və cari siyasət dəyişməsə, daha da kəskinləşəcək.

“Bu gün Afrikada yarım milyondan çox qadın və uşaq “təmiz” qidahazırlama imkanlarına əlçatarlığın olmamasına görə erkən vəfatedir. Bazarlara nəzər salsaq, ötən il batareyaların, və digər“təmiz” enerji texnologiyalarının dəyəri 20 faiz ucuzlaşıb. Nüvəenerjisi, BEA-nin üç il əvvəl verdiyi proqnoza uyğun olaraq, kəskinyüksəliş yaşamaqdadır. İnvestisiyalara gəlincə, elektrik sektorunaqoyulan sərmayələr hazırda neft, qaz və kömürə qoyulaninvestisiyaları üstələyir," – deyə o əlavə edib.

Birol enerji təhlükəsizliyinin çağırışlarından söz açaraqşaxələndirmənin vacibliyini vurğulayıb.

"Enerji texnologiyalarının, idxalçı və ixracçı ölkələrin,həmçinin tədarük marşrutlarının şaxələndirilməsi çox vacibdir.Həddindən artıq asılılıq qısa bir zamanda ciddi həssaslığa çevriləbilər. Biz bunu iki il əvvəl Avropada gördük. Şaxələndirmə sondərəcə mühümdür. Mənim üçün təmiz enerjiyə uğurlu keçid – bu,enerjisistemlərini daha etibarlı və davamlı edən, enerjiqiymətlərini əlçatan səviyyədə təmin edən və eyni zamanda özünüetibarlı tərəfdaş kimi sübut edə bilməmiş ölkələrdən asılılığıazaldan keçiddir.

Beləliklə, enerji keçidi təkcə emissiyaların azaldılması deyil,həm də insanların rifahını təmin etmək, enerji sistemlərinintəhlükəsizliyini artırmaqdır. Mənə görə düzgün enerji keçidintərifi budur. Bu baxımdan, mənim fikrimcə, həqiqi enerji keçidiproqramı enerji təhlükəsizliyinə rəqib deyil. Onlar birgə həyatakeçirilə bilər," – deyə BEA rəhbəri sözlərini yekunlaşdırıb.

X: @Lyaman_Zeyn

Seçilən
37
47
az.trend.az

10Mənbələr