AZ

Simonyan Arayikgilin işi ilə bağlı danışdı: Onlar sussalar yaxşıdır

Nə baş verdiyini görürük, izləyirik, amma bəyan edəcək bir şey yoxdur. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakıda erməni əsilli şəxslər (Arayik Arutyunyan və digərləri) üzərində başlanan məhkəmə prosesini şərh edərkən deyib.

Simonyan ümid edirik ki, məhkəmə başa çatdıqdan sonra bu insanların hansısa yolla geri qaytarılması imkanı olacaq.

Erməni spiker eyni zamanda Ermənistan tərəfinin bu istiqamətdə kifayət qədər səy göstərməməsi ilə bağlı səslənən bəyanatlara da reaksiya edib: “Hesab edirəm ki, imkan daxilində müdaxilə etməsələr, sussalar, daha yaxşı olar. Onların müdaxiləsinin nəticələrini gördük. Onlar üçün ən doğrusu susmaqdır". 

Alen Simonyan bir daha Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib: “Qarabağ Ermənistan Respublikası tərəfindən heç vaxt müstəqil dövlət kimi tanınmayıb. Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası olmayıb”.

Mürtəza
Ölkə.Az

Seçilən
10
50
olke.az

10Mənbələr