AZ

BƏƏ Qəzzaya növbəti humanitar yardım gəmisi göndərdi

Qəzza zolağı üçün 5800 ton humanitar yardım daşıyan gəmi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Misirin Ariş limanına yola düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “WAM” agentliyi məlumat yayıb.

Bazar ertəsi yayımlanan xəbərdə bu gəminin 7 oktyabr 2023-cü il tarixindən etibarən dənizə çıxan altıncı və humanitar yardım baxımından ən böyük gəmi olduğu bildirilib.

Qeyd olunub ki, humanitar yardıma BƏƏ-dəki müxtəlif humanitar təşkilatlar tərəfindən verilən ərzaq, dərman, çadır və digər mallar daxildir.

Seçilən
13
5
cebheinfo.az

7Mənbələr