AZ

Orban Trampın qələbəsindən sonra Sorosun üzərinə hücuma keçdi- ABŞ-da məğlub oldu... Brüssel onun cibindədir, buna dözə bilmərik...

Image

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Corc Soros və onun qlobalist müttəfiqləri üçün böyük məğlubiyyət olub.

Orban, Sorosun Demokratik Partiya ilə birlikdə “öz həqiqətlərini tətbiq etməklə” ölkələri dəyişdirməyə çalışdığını və bu səylərin tez-tez “miqrasiya xaosu” yaratdığını iddia edib. Orban Trampın qələbəsinin Amerikanı bu təsirdən "xilas etdiyini" deyib və əlavə edib ki, Corc Soros Amerikadakı müharibəni uduzub: "Tramp Amerikanı azad etdi".

O, iddia edib ki, Soros qlobalist ideologiyalarla Avropadakı təsir dairəsini genişləndirmək üçün diqqətini Brüsselə yönəldib.

Orban uzun müddətdir ki, Soros və onun "Açıq Cəmiyyət" fondlarını (OSF) tənqid edir, onları immiqrasiyaya qarşı siyasətləri maliyyələşdirməkdə, ənənəvi ailə dəyərlərini sarsıtmaqda və qlobalist gündəmi təbliğ etməkdə günahlandırır.

Sorosun təsirinin Avropa İttifaqının büdcəsi hesabına maliyyələşdirilməsinə sərt təpki göstərən Orban bildirib ki, Brüssel Sorosun cibindədir və bu, siyasətdəki ən böyük korrupsiya qalmaqalıdır: “Biz buna dözə bilmərik, bu bizim də pulumuzdur... Siyasətdə ən böyük korrupsiya qalmaqalı Brüsselin Corc Sorosun cibində olmasıdır”

O, Soros və tərəfdarlarının "ənənəvi ailə dəyərlərini hədəfə aldığını və LGBT hərəkatlarını təşviq etdiyini" iddia edib.

TAHİR





Seçilən
11
baki-xeber.com

1Mənbələr