Ankarada küçədə gedərkən tanımadığı Yetkin Güneri (45) 7 bıçaq zərbəsi vuraraq öldürən İsmail Tekə (29) ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia açılıb.
İsmail Tek iddianamədəki ifadəsində, "Hər zaman birini öldürmək istəyim olub. Bu istəyə görə tanımadığım qurbanı öldürdüm" - deyib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Ulusdakı Qurtuluş Muzeyinin qarşısında baş verən hadisədə İsmayıl Tek küçədə gedən Yetkin Günerə yaxınlaşaraq ona hücum edib.
İsmail Tek üzərində olan bıçaqla Günerə 7 bıçaq zərbəsi vurub. Güner hadisə yerində dünyasını dəyişib.
Polisin təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra hadisədən sonra qaçan İsmail Tekin şəxsiyyəti müəyyən edilərək yaxalanıb. Nəzarətə alınan Tek, gətirildiyi çağırış hakimliyi tərəfindən həbs edilib.