Bakı. Trend:
Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə heç birinintərəfini tutmur.
Trend xəbərverir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri SergeyLavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada apardığıdanışıqların gedişində bildirib.
“Biz fikrimizcə çox aktual olan məsələlərlə - İrəvan və Bakıarasında münasibətlərin normallaşması məsələləri ilə məşğul oluruq.Qardaş xalqların sülh və mehriban qonşuluq şəraitində yaşamasınadərin marağımızdan çıxış edirik," – deyə o əlavə edib.
Lavrov qeyd edib ki, Moskvanın həm Ermənistan tərəfi, həm dəAzərbaycan tərəfi ilə strateji tərəfdaşlıq və müttəfiqlikmünasibətləri mövcuddur: "Bu məsələdə son dərəcə maraqlıyıq".